.93.
əz-Zuha (Səhər və ya Səhər işığı) surəsi
(Məkkədə nazil olmuşdur, 11 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
Geri qayitəz-Zuha (Səhər və ya Səhər işığı) surəsi
(Məkkədə nazil olmuşdur, 11 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- And olsun səhərə;
- And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki,
- (Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə acığı tutdu.
- Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!
- Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz nemətlər) bəxş edəcək və sən (Ondan) razı qalacaqsan!
- Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!
- Sənin şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?!
- Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!
- Elə isə yetimə zülm etmə!
- Dilənçini də (qapıdan) qovma!
- Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç!