.88.
əl-Ğaşiyə (Bürüyən) surəsi
(Məkkədə nazil olmuşdur, 26 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
Geri qayitəl-Ğaşiyə (Bürüyən) surəsi
(Məkkədə nazil olmuşdur, 26 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- (Ya Peyğəmbər! Dəhşəti aləmi) bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı?
- (O gün) bir çox üzlər zəlil görkəm alacaq;
- (Onlar Cəhənnəmin pillələrinə çıxıb-düşməklə boş yerə) zəhmət çəkib yorulacaq;
- Yanar oda girəcəkdir;
- Və onlara qaynar bulaqdan (su) içirdiləcəkdir.
- Onların yeməyi (zəhərdən və acı) zəridən başqa bir şey olmayacaqdır.
- (O yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar.
- (O gün) bir çox üzlər sevinəcək;
- (Dünyadakı) zəhmətindən razı qalacaq;
- (Dərəcəsi, qədir-qiyməti) yüksək Cənnətdə olacaq,
- Və orada heç bir boş söz (lağlağı) eşitməyəcəkdir.
- Orada axar bulaq;
- Orada uca taxtlar;
- (Çeşmələr kənarında) piyalələr;
- Bir-birinin yanına düzülmüş (yumşaq) balışlar
- Və döşənmiş (nəfis) xalılar vardır!
- Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?
- Göyə (baxmırlar ki) necə ucaldılmışdır?
- Dağlara (baxmırlar ki) necə dikəldilmişdir?
- Və yerə (baxmırlar ki) necə döşədilmişdir?
- (Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən!
- Sən onların üzərində hakim deyilsən!
- Lakin kim (imandan) üz döndərib (Quranı) inkar etsə
- Allah onu ən böyük əzaba (axirət əzabına) düçar edər!
- Şübhəsiz ki, onların axır dönüşü Bizədir!
- Onlarla haqq-hesab çəkmək də Bizə aiddir!