.106.
əl-Qüreyş (Qüreyş) surəsi
(Məkkədə nazil olmuşdur, 4 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
Geri qayitəl-Qüreyş (Qüreyş) surəsi
(Məkkədə nazil olmuşdur, 4 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- (Ya Peyğəmbər! Qüreyşlilərə de ki) Qüreyşin ülfəti (dostluğu və ya Allahın onlar üçün səfəri asanlaşdırması) xatirinə,
- Onlara qış və yay səfərini müyəssər edilməsi (qışda Yəməndə, yayda Şamda istirahət və ticarət edə bilmələri) xatirinə.
- Bu evin Rəbbinə (Kəbənin sahibi Allaha) ibadət etsinlər!
- O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan (fil sahiblərinin təhlükəsindən) sonra əmin-amanlıq bəxş etdi.